DİGƏR NÖVLƏR
Bred Pitt motosiklet yarışlarından bəhs edən film çəkir
Məşhur Hollivud aktyoru Bred Pitə məxsus olan "Plan B Entertainment" şirkəti tərəfindən motosiklet yarışlarından bəhs edən film istehsal olunacaq . Olimpnews.az “Deadline” portalının verdiyi məlumata istinadən xəbər verir ki, “Men Adası Turist Trofi” yarışına həsr olunacaq ekran işində baş rol Çenniq Tatuma həvalə olunub.
Xatırladaq ki, Bred Pitt buna qədər avtomobil idmanından bəhs edən bir neçə filmdə yer alıb. Onun iştirakı ilə çəkilən “Formula 1” filmi iyunun sonunda beynəlxalq arenada nümayiş olunacaq.
Paylaş :