FUTBOL
Güclü külək Respublika stadionun dam örtüyünü uçurdu - FOTO
İyunun 2-si axşam saatlarından paytaxtda başlayan güclü külək bir sıra fəsadlara yol açıb.
Olimpnews.az xəbər verir ki, güclü külək nəticəsində Tofiq Bəhramov adına Respublika Stadionunun dam örtüyünün bir hissəsi uçub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, stadionun 16-17-18-ci sektorlarını əhatə edən dam örtüyünə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri görülüb və hazırda stadionun ətrafı mühafizəyə alınıb.
Paylaş :