FUTBOL
Penaltilərlə bağlı yeni qərar qəbul olunub - Rəsmi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası penalti zərbəsini yerinə yetirərkən ikiqat toxunma ilə bağlı qərarda dəyişiklik edib. Qurumun rəsmi saytının məlumatına görə, əgər zərbə vuran oyunçu tərəfindən topa təsadüfən ikiqat toxunma olarsa, penaltilər təkrarlanacaq. Lakin qol vurulmayıbsa və ya zərbə vuran şəxs bilərəkdən topa ikinci dəfə toxunubsa, bu halda sərbəst zərbə təyin olunacaq. Bu insident penaltilər seriyası zamanı baş verərsə, penalti zərbəsi yerinə yetirilməmiş hesab ediləcək.
Yeni qaydalar rəsmi olaraq iyulun 1-dən qüvvəyə minəcək.
Paylaş :