FORMULA 1
"Tommy Hilfiger" 11-ci komanda ilə məkdaşlıq edəcək
Məşhur geyim brendi olan "Tommy Hilfiger" "Cadillac" komandasının əsas sponsorlarından biri olacaq. Olimpnews.az The Race-ə istinadən xəbər verir ki, Amerika geyim brendi komandanın forma və birgə kolleksiyaları üzərində işləyəcək. Onun loqosu bolidlərin və pilotların kostyumlarında əks olunacaq.
Məlumat üçün bildirək ki, brend 90-cı illərdə "Lotus" və "Ferrari" komandaları ilə əməkdaşlıq edib. Şirkət Formula 1 komandaları arasında sonuncu dəfə "Mersedes"lə işləyib. Yeddiqat dünya çempionu Lyuis Hemiltonun komandanı tərk etməsindən sonra bu əməkdaşlığa xitam verilib.
Qeyd edək ki, "Cadillac»" növbəti mövsümdə Formula 1-in 11-ci komandası olacaq.
Paylaş :