FORMULA 1
Pilot futbolçularla ot üzərində yarışıb
Formula 1 üzrə "Red Bull Rasinq" komandası Premyer Liqaya vəsiqə qazanan "Lids" klubu ilə maraqlı bir tədbir keçirib.
Olimpnews.az xəbər verir ki, komandaya məxsus "Elland Road" stadionunda futbolçular "Red Bull"un gənc pilotu Arvid Lindbladla ot üzərində yarışıblar. Futbolçular Lindbladın idarə etdiyi bolidlə ötüşüblər. "Bu yarışdan çox gərgin idim. Heç vaxt ot üzərində sürət yığmamışam. Təssəvvür edə bilməzdim ki, alınar. Yalnız "Red Bull" belə bir şey edə bilərdi. Avtomobilin at gücü çoxdur. Ot üzərində sürət yığıb, dönməyə əmin deyildim. Bacarıqlarımı sınamaq və futbolçularla yarışmaq çox əyləncəli idi", - deyə Linbladın klubun mətbuat xidmətinə verdiyi müsahibədə digər sürücülərlə söhbətdə deyildi.
Paylaş :