FUTBOL
"Qalatasaray" yenə böyük adların dalına düşüb
Yeni mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcək Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.
Olimpnews.az xəbər verir ki, "aslanlar" iddialı heyət formalaşdırmaq üçün "Bayern Münhen"in futbolçusu Leroy Saneni transfer etmək istəyir. İyunun 30-da klubla müqaviləsi başa çatacaq futbolçu üçün "Qalatasaray" maaş təklifini də artırıb. Belə ki, Türkiyə nəhəngi 29 yaşlı futbolçu üçün illik 10 milyonluq maaş təklifini artıraraq 12 milyon olacağını vəd edib. Almaniya təmsilçisi də futbolçu ilə olan müqavilənin müddətini uzatmaqda maraqlıdır.
Qeyd edək ki, bu mövsüm "Bayern"in heyətində 45 matçda forma geyən L.Sane 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş :