FUTBOL
"Real" daha bir transfer üçün danışıqlara başladı
Yay transfer pəncərəsinə fəal başlayan İspaniyanın Madrid “Real”ı daha bir futbolçunu heyətinə cəlb etmək istəyir.
Olimpnews.az xəbər verir ki, “Kral klubu” “Real Sosiedad”ın müdafiəçisi Martin Zubimendinin transferi üçün rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu ilə Londonun “Arsenal” klubu da yaxından maraqlanır. Yarımmüdafiəçi özü isə karyerasını Madrid təmsilçisinin heyətində davam etdirmək istəyir
Paylaş :