FUTBOL
Şimali Makedoniya qələbə sayəsində liderliyə yüksəldi
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Qazaxıstan millisi doğma meydanda Şimali Makedoniya kollektivini qəbul edib. Astana Arenada keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. Oyunda vurulan yeganə qolun müəllifi qonaqların futbolçusu Aleksandr Traykovski olub. Matçın 33-cü dəqiqəsində fərqlənən forvard Şimali Makedoniyaya qələbə qazandırıb. Qələbə sayəsində aktivindəki xalların sayını 8-ə çatdıran makedoniyalılar J qrupunda liderliyi ələ alıb. Qazaxıstan yığması isə üç xalla dördüncüdür.
Paylaş :