FUTBOL
İlk turda "Mançester Yunayted" "Arsenal"ı qəbul edəcək - Təqvim
İyunun 18-də İngiltərə Premyer Liqasının 2025/2026-cı il mövsümünün ilk turunun oyun cədvəlini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, liqanın saytında yer alan xəbərə görə, birinci turu avqustun 15-də başlayacaq. Premyer Liqanın son turu gələn il may ayının 24-də keçiriləcək.
İngiltərə Premyer Liqası (ilk tur):
15 avqust, cümə
23:00. Liverpul - Bornmut
16 avqust, şənbə
15:30. Aston Villa - Nyukasl
18:00. Brayton- Fulhem
18:00. Nottingem Forest - Brentford
18:00. Sanderlend - Vest Hem
18:00. Tottenham - Börnli
20:30. Vulverhempton - Mançester Siti
17 avqust, bazar günü
17:00. Çelsi - Kristal Pelas
19:30. Mançester Yunayted - Arsenal
18 avqust, bazar ertəsi
23:00. Lids Yunayted - Everton
Paylaş :