FUTBOL
Klublararası dünya çempionatında daha bir qrupda ilk tura yekun vuruldu
ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, günün növbəti oyunu F qrupunun iştirakçıları - Cənubi Koreyanın "Ulsan" və Cənubi Afrikanın "Mamelodi Sundovns" komandaları arasında baş tutub.
Oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 36-cı dəqiqədə fərqlənən "Mamelodi Sundovns"un futbolçusu İqraam Rayners olub.
Beləliklə, Cənubi Afrika təmsilçi üç xalla F qrupuna başçılıq edir. Dortmund "Borussiya"sı və "Fluminense" klubları isə hərəyə 1 xalla ikinci, üçüncü yerləri bölüşür. Aktivində xal olmayan "Ulsan" klubu isə sonuncudur.
Paylaş :