CÜDO
Cüdo millimiz qarışıq komanda yarışlarında mübarizəni dayandırdı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrrə dünya çempionatına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, yarışın son günündə cüdoçular qarışıq komanda yarışlarında qüvvələrini sınayıblar. 16 ökənin komandasının təmsil olunduğu yarışda Azərbaycan millisi də mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan başlayan yığmamız ilk görüşünü Almaniya komandasına qarşı keçirib. Təəssüf ki, komandamız bu mərhələdə rəqibinə 4:1 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.
Qarışıq komanda yarışlarının qalibi adını isə finalda Koreya komandasına 4:1 hesabı ilə qalib gələn Gürcüstan millisi olub.
Qeyd edək ki, Azərbaycan komandası dünən başa çatan fərdi yarışları e bürünc medalla başa vurub. Medalları komandamıza Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb.
Paylaş :