FUTBOL
Klublararası dünya çempionatı: "Borussiya Dortmund"dan minimal hesablı qələbə
ABŞ-da keçirilən futbol üzrə Kublararası dünya çempionatının oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün F qrupunda ikinci tura start verilib. Turun ilk oyununda CAR-ın "Mamelodi Sandaunz" və Almaniyanın Dortmund "Borussiya"sı üz-üzə gəlib. Oyun Bundestim təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Dortmundluların qollarını Feliks Nmeça (19), Seru Girassi (34), Cob Bellingem (45) vurub. Oyunun 60-cı dəqiqəsində "Mamelodi Sandaunz"un futbolçusu Xuliso Mudau avtaqol müəllifi olub.
CAR təmsilçisinin qollarını isə Lukas Roberto (11), İkraam Reyners (62) və Lebo Motiba (90) rəqib qapısından keçirib. Dortmundular bu qələbə ilə xallarının sayını 4-ə çatdıraraq F qrupunda liderliyə yüksəliblər. Aktivində üç xalı olan "Mamelodi Sandaunz" isə ikincidir.
Paylaş :