FUTBOL
24 il sonra yenidən La Liqada
"Real Oviedo" klubu 24 ildən sonra yenidən La Liqaya qayıdıb.
Olimpnews.az xəbər verir ki, 40 yaşlı uelsli kapitan Santi Kazorlanın da çıxış etdiyi klub pley-off finalında "Mirandes"ə 3:1 hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib.
İlk pley-off finalında 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, "Real Oviedo" cavab matçında məğlubiyyətin əvəzini çıxıb. Klubun əfsanəvi futbolçusu Santi Kazorla isə öz yetişdiyi klub olan "Real Oviedo" ilə əsl nağılın qəhrəmanına çevrildi.
Paylaş :