İspaniyanın Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirəcək.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, madridlilər "Real Betis"in ABŞ-lı futbolçusu Coni Kardozo ilə razılığa gəlib.
"Atletiko" klubu 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
Klub yarımmüdafiəçi üçün "Real Betis"ə 30 milyon avro ödəyəcək.