FUTBOL
"Benfika" - "Çelsi" oyunu yarımçıq dayandırıldı
Klublararası dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Benfika (Portuqaliya) - "Çelsi" oyunu yarımçıq dayandırılıb.
Olimpnews.az xəbər verir ki, buna oyunun keçirildiyi Şimali Karolina ştatının Şarlotta şəhərinin Aptovn hissəsində hava şəraitinin pisləşməsi səbəb olub.
Qeyd edək ki, 86-cı dəqiqədə dayandırılan oyunda "Çelsi" klubunun 1:0 hesablı üstünlüyü var. Matçda vurulan yeganə qolun müəllifi 64-cü dəqiqədə penaltidən fərqlənən
Ceyms Riç olub.
Bu oyunun qalibi 1/4 finalda Braziliyanın "Palmeyras" klubu ilə qarşılaşacaq.
Paylaş :