FUTBOL
Klublararası dünya çempionatında 1/4 finalın ilk cütlüyü müəyyənləşdi
Futbol üzrə klublararası dünya çempionatında 1/4 final mərhələsinin növbəti iştirakçısının adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu, 1/8 finalda Portuqiyanın "Benfika" klubunu məğlub edən İngiltərənin "Çelsi" komandasıdır.
Oyunda hesab 64-cü dəqiqədə açılıb. Ceyms Riç penaltidən fərqlənib. Qarşılaşmanın 86-dəqiqəsində Şimali Karolina ştatının Şarlotta şəhərinin Aptovn hissəsində hava şəraitinin pisləşməsi səbəbindən oyun yarımçıq dayandırılıb. Lakin müəyyən fasilədən sonra matç qaldığı yerdən yenidən davam etdirilib. Burada Anxel Di Mariya 90+5-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirərək matçı əlavə dəqiqələrdə daşıyıb. Əlavə dəqiqələrdə daha üç qol vuran "zadəganlar" 1/4 finala yüksəlib. London təmsilçisinin heyətində Kristofer Nkunku (108), Pedro Neto (115) və Kiernan (117) qol müəllifi olub.
Matçın 92-ci dəqiqəsində "Benfika"nın futbolçusu Cianluka Prestianni ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, 4:1 hesablı qələbə qazanan "Çelsi" 1/4 finalda Braziliyanın "Palmeyras" klubuna rəqib olub.
Paylaş :