MÜSAHİBƏ
Sübhan Axundov: "İnanıram ki, əziyyətimiz Skopyedə öz bəhrəsini verəcək"
Festivalda bizi gərgin rəqabət gözləyir. İnanıram ki, bu sınaqdan da komandamız uğurla çıxacaq".
Bu sözləri Olimpnews.az-a musahibəsində Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək cüdo üzrə milli komandamızın üzvü Sübhan Axundov deyib.
Yarışda +90 çəki dərəcəsində qüvvəsini sınayacaq Avropa müafatçımız festivalda uğurla çıxış edən günə inandığını bildirib.
"EYOF-da +90 kq çəki dərəcəsində çıxış edəcəyəm. Bu festival mənim cari ildə iştirak edəcəyim dördüncü beynəlxalq rəsmi yarışım olacaq. Ötən il Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanmışdım. Peruda təşkil edilən dünya çempionatında isə məğlub olmuşdum.
Bu il isə iştirak etdiyim beynəlxalq turnirlərin hər birindən Vətənə medallarla qayıtmağı bacarmışam. Çexiyanın Teplitse şəhərində keçirilən Avropa Kubokda gümüş medal qazanmışam. Samorin və Qubadakı beynəlxalq yarışlarda isə bürünc medal qazanmışam. İki həftə əvvəl Skooyede təşkil olunan Avropa çempionatında isə imtahanla əlaqədar iştirak edə bilmədim. Ümid edirəm ki, bu dəfə həmin ölkədə keçirilən yarışda uğur qazana biləcəyəm.
Hazırda təlim-məşq toplanışındayıq. Hazılıq prosesimiz yüksək səviyyədə davam edir. İnanıram ki, əziyyətimiz Skopyedə öz bəhrəsini verəcək", - deyə Sübhan Axundov deyib.
Qeyd edək ki, XVIII Avropa Gənclər Yay Olimpiya Oyunlarının festivalının cüdo yarışları iyulun 22-dən 26-dək Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək.
Azər Əlizadə
Paylaş :