FUTBOL
"Çelsi" klublararası dünya çempionatının qalibi oldu
İngiltərənin "Çelsi" komandası ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
Olimpnews.az xəbər verir ki, "zadəganlar" Nyu-Cersidəki "Metlayf" stadionunda keçirilən həlledici oyunda Fransanın PSJ klubuna 3:0 hesabı ilə qalib gəlib. Oyun da vurulan hər üç qol ilk hissədə qeydə alınıb. Matçda hesabı 22-ci dəqiqədə "Çelsi"min futbolçusu Kole Palmer açıb. Palmer 8 dəqiqə sonra növbəti dəfə UEFA Çempionlar Liqasının qaliblərini mərkəzə dəvət edib. Matçın 43-cü dəqiqəsində isə Joao Pedro matçda vurulan son qolun müəllifi olub. Beləliklə, "Çelsi" finalda PSJ üzərində böyükhesablı qələbə qazanaraq ilk dəfə təşkil olunan klublararası dünya çempionatının qalibi olub.
Paylaş :