FUTBOL
"Çelsi"yə klublarası dünya çempionatının kuboku təqdim edildi
ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, mərasimdə turnirin qalibi olan "Çelsi" komandası kubokla təltif olunub. Qalib komandaya kuboku ABŞ prezidenti Donald Tramp və FİFA prezidenti Canni İnfantino təqdim edib.
Qeyd edək ki, "Çelsi" Nyu-Cersidəki "Metlayf" stadionunda keçirilən həlledici oyunda Fransanın PSJ klubuna 3:0 hesabı ilə qalib gəlib.
Paylaş :