ƏLBƏYAXA DÖYÜŞ NÖVLƏRİ
Bu həftə dünyanın diqqəti Londona yönələcək
İyulun 19-da boks həvəskarlarının diqqəti Londona yönələcək.
Olimpnews.az xəbər verir ki, Britaniya paytaxtında keçirilən boks gecəsinin əsas döyüşündə ukraynalı Aleksandr Usik (23-0) və britaniyalı Daniel Dyubua (22-2) superağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, 38 yaşlı Usik London-2012 Yay Olimpiya Oyunlarının çempionudur. Olimpiadadan 1 il sonra peşəkar rinqdə debüt edən ukraynalı boksçu 2016-cı ilin sentyabrında birinci ağır çəkidə (90,7 kq-a qədər), 2018-ci ilin iyulunda isə mütləq çempion olub. O, bundan sonra super ağır çəki dərəcəsində qüvvəsini sınayıb. Ötən ilin mayında Usik britaniyalı Tayson Fyurini məğlub edərək, şəksiz ağır çəkidə dünya çempionu oldu.
Paylaş :