FUTBOL
"Real" Karrerası ictimaiyyətə təqdim etdi
Madridin "Real" klubu 22 yaşlı ispaniyalı sol cinah müdafiəçisi Alvaro Karrerasın tarnsferini ictimaiyyətə təqdim edib.
Olimpnews.az xəbər verir ki, oyunçu ilə altı illik (2031-ci ilə qədər) müqavilə imzalanıb. Transferin dəyəri 50 milyon avrodur. Bu, Madridin yay transfer pəncərəsində heyətinə cəlb etdiyi üçüncü müdafiəçidir. Karreras "Real"da 18 nömrəli forma ilə çıxış edəcək.
Futbolçu “Kral klubu”na transferini belə şərh edib: “Bu gün xəyallarımın komandasına yetkin və güclü şəkildə qayıtdım".
Qeyd edək ki, Karrerasın gəlişi ilə “Real”ın transfer xərcləri bu mövsüm 170 milyon avroya çatıb.
Paylaş :