FUTBOL
"Napoli" yeni transfer üçün razılığa gəldi
İtaliyanın "Napoli" klubu yeni transferini yekunlaşdırmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, Neapol təmsilçisi 24 yaşlı mərkəz hücumçusu Lorenzo Luçça üçün "Udineze" klubu ilə razılığa gəlib.
Qeyd edək ki, "Napoli" klubu icarə üçün 9 milyon avro ödəyəcək. Müqavilədə 26 milyon avroluq məcburi satınalma bəndi də yer alacağı bildirilir.
Paylaş :