FUTBOL
"Mançester Yunayted"dən növbəti səs-küylü transfer
İngiltərənin nəhəng klublarından sayılan “Mançester Yunayted” yay transfer pəncərəsinin ən diqqətçəkən keçidlərindən birini reallaşdırmağa hazırlaşır.
Olimpnews.az xəbər verir ki, klub, “Brentford”un kamerunlu cinah hücumçusu Brayən Mbeumonu heyətinə cəlb etmək üzrədir. Məlumata görə, transferin ümumi məbləği 80,9 milyon avro təşkil edəcək.
Hazırda tərəflər arasında son danışıqlar aparılır və transferin yaxın günlərdə rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
Paylaş :