FUTBOL
“Qalatasaray” Ederson üçün rəsmi təklif göndərdi
Türkiyənin “Qalatasaray” klubu qapı xəttini gücləndirmək üçün ciddi addım atıb.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonun transferi üçün rəsmi təklif göndərib.
Məlumata görə, “Qalatasaray” Ederson üçün İngiltərə klubuna 3 milyon avro məbləğində təklif təqdim edib.
Hazırda tərəflər arasında danışıqlar davam edir. “Mançester Siti” rəhbərliyi təklifi dəyərləndirir.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin idman şərəfini qoruyur.
Paylaş :