FUTBOL
Salah özünü təriflədi
"Liverpul"un hücumçusu Mohammed Salah özü barədə yüksək fikirlər söyləyib.
Olimpnews.az xəbər verir ki, misirli futbolçu bildirib ki, o, bütün dövrlərin ən yaxşı afrikalı futbolçuları siyahısında hamını - hətta Didye Droqba, Corc Vea, Yaya Ture və Samuel EtoO kimi məşhur keçmiş futbolçuları da qabaqlayır. "Mən özümü bütün zamanların ən yaxşı afrikalı futbolçusu hesab edirəm", - deyə "France Football" Salahdan sitat gətirib.
Qeyd edək ki, Mohammed Salahın "Liverpul"la hazırkı müqaviləsi daha iki mövsüm üçün nəzərdə tutulub. Ümumilikdə Salah "qırmızılar"ın heyətində 401 oyun keçirib, 245 qol vurub və komanda yoldaşları üçün 113 məhsuldar ötürmə hazırlayıb.
Paylaş :