FUTBOL
"San Siro" stadionu çətin günlərini yaşayır
İtaliyanın "Milan" və "İnter"in ev oyunlarını keçirdiyi əfsanəvi "San Siro" stadionu qaranlıq dövrünü yaşayır.
Olimpnews.az xəbər verir ki, artıq klub 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək imkanını itirib. Bundan əlavə stadionun 2032-ci ildə Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan məhrum ediləcəyi ilə bağlı söhbətlər gedir. Problem köhnəlmiş dizayn və avadanlıqdadır - stadion artıq UEFA-nın bəzi məcburi standartlarına cavab vermir. Qurum İtaliyadan 2026-cı ilin oktyabrına qədər matçların keçiriləcəyi xüsusi stadionları göstərməsi tələb olunur. İtaliyanın bütün stadionları arasında yalnız “Yuventus”unun “Allianz” stadionu belə yüksək səviyyəli matçlar üçün UEFA-nın bütün tələblərinə tam cavab verir.
Paylaş :