FUTBOL
"Liverpul" liderdir
"Liverpul" Madrid "Real"ının forvardı Rodriqonu transfer etmək üçün liderlik edir.
Olimpnews.az AS-ın məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu 24 yaşlı braziliyalının onların "ulduz hücumçusu" olmasını istəyir. Qeyd olunur "Liverpul" Rodriqonu 2020-ci ildə, Yurgen Kloppun komandanın baş məşqçisi olduğu vaxtlarda almağa çalışıb. Nüfuzlu Transfermarkt portalı Rodriqonu 90 milyon avro qiymətləndirir.
Paylaş :