FUTBOL
"Qalatasaray" Osimhen transferi üçün razılıq əldə etdi
Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Napoli” klubunun rəhbərliyi ilə Viktor Osimhenin transferi barədə razılıq əldə edib.
Olimpnews.az xəbər verir ki, klublar transferrin detallarında axır ki, müəyyən anlaşmaya nail olub. Belə ki, “aslanlar” neapollulara transfer üçün ilkin olaraq 40 milyon avro ödəniş edəcək. Növbəti mərhələdə isə digər 35 milyon avro ödəniləcək. Müqavilədə 5 milyon avroluq bonuslar da yer alıb. Digər şərtlərə əsasən oyunçunun sonrakı satışından “Napoli” klubuna 10 faiz pay verilməsi gözlənilir.
“Qalatasaray” rəhbərliyi həmçinin iki il ərzində futbolçunu heç bir İtaliya klubuna sata bilməz.
Paylaş :