OLİMPİYA DÜNYASİ
EYOF-2025: Üzgüçümüz növbəti mərhələ şansını saxladı
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda iştirak edən üzgüçümüz Vlastilina Xasyanova Skopye-2025-də mübarizəyə uğurla başlayıb.
Olimpnews.az xəbər verir ki, təmsilçimiz ikinci təsnifat yarışında 200 metr arxasıüstə üzgüçülük yarışında 2:29:31 nəticə göstərib. O, bu nəticə ilə ikinci yeri tutub və növbəti mərhələ şansını saxlayıb.
Qeyd edək ki, üzgüçülük yarışları Skopyedəki "Centar” Olimpiya Üzgüçülük Mərkəzində keçirilir.
Paylaş :