OLİMPİYA DÜNYASİ
Skopye-2025: Badmintonçumuz ikinci görüşdə qalib gəldi
Badmintonçumuz Əli Gözəlov Skopye-2025-də ikinci görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, G qrupunda yer alan təmsilçimiz növbəti görüşünü kosovalı Dionis Morinaya qarşı keçirib. Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunan görüş idmançımızın 2:0 (21:8, 21:5) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Əli Gözəlov bu gün keçirdiyi ilk görüşdə çexiyalı Petr Brizaya məğlub olub -0:2.
Paylaş :