Skopye-2025 çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, Skopyedə yerləşən “Centar” Olimpiya Üzgüçülük Mərkəzində keçirilən yarışda komandamızın üzvü Ramal Sadıqlı 100 m məsafəyə sərbəst üsulla yarışda mübarizə aparıb. Təsnifat mərhələsinin I qrupunda 56.16 saniyə nəticə göstətən idmançımız növbəti mərhələ şansını itirib.