OLİMPİYA DÜNYASİ
Taekvondoçumuz festivalı bürünc medalla başa vurdu
Azərbaycan taekvondoçusu Yunis Hüseynov XVIII Avropa Gənclər Olimpiya Festivalında yarımfinal görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançımız bu mərhələdə türkiyəli Buqra Coşqungönülə məğlub olub. Bununla da təmsilçimiz festivalın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu Azərbaycan komandasının Skopye-2025-də qazandığı 10-cu (3 qızıl, 3 gümüş, 4 bürünc) medalı olub.
Paylaş :