FUTBOL
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı
Futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunların başa çatıb.
Olimpnews.az xəbər verir ki, qitənin ikinci nüfuzlu klub turnirinin ilk oyunlarına 10 qarşılaşma ilə yekun vurulub. Təşkil olunan oyunlardan 4-də qalib müəyyənləşməyib. Belə ki, "Linkoln" - "Noah" və Zrinjski" - "Bredablik" oyunları 1:1 hesabı ilə yelunlaşıb. PAOK - "Volfsberq" və "Panatinaikos" - "Şaxtyor Donetsk” oyunlarında isə qolsuz heç-heçə qeyə alınıb - 0:0. Digər iki görüşdə meydan sahibləri qələbəyə seviniblər. "AEK Larnaka" klubu "Legiya" 4:1, FKSB isə "Drita"ya 3:2 hesabı ilə qalib gəlib. Günün digər dörd qarşılaşmasında isə qonaqlar qələbəni bayram ediblər. "Midtyulland" "Fredrikstat"a 3:1, "Braqa" "CFR Kluj"a 2:1, "Brann" "Heken"ə 2:0, "Utrext" isə "Servett"ə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri bir həftə sonra, start götürəcək.
Paylaş :