CÜDO
Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb.
Olimpnews.az xəbər verir ki, federasiya prezidenti bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
R.Nəbiyev "Əməkdar bədən tərbiyəsi və idman xadimi" ilə 80 illik yubileyi ərəfəsində görüşdüyünü diqqətə çatdırıb:
"Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman təqdirəlayiq olub. Ölkə cüdosuna verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram".
Paylaş :