FUTBOL
Amorimin yeni məşq proqramı açıqlanıb
Baş məşqçi Ruben Amorim “Mançester Yunayted”in məşqində bu yaydan etibarən inqilabi proqram təminatından istifadə edir.
Olimpnews.az xəbər verir ki, həmin proqram "GPS STATSports Apex 2.0" adlanır və o, futbolçuların fiziki fəaliyyətinin müxtəlif parametrlərini mövcud vaxt rejimində birbaşa iPad-lərə ötürür və emal edir. "Bu, məşqin bitməsini gözləmədən, mövcud vaxt məlumatları əsasında məşq zamanı ani qərarlar qəbul etməyə imkan verir", - "The Telegraph" "Mançester Yunayted"in texniki əməkdaşı Pol Mak Kernandan sitat gətirib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümünə avqustun 15-də start veriləcək.
Paylaş :