FUTBOL
"Barselona" üçün ciddi itki
İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, kataloniya klubunun hücumçusu Robert Levandovski bud nahiyəsindən aldığı zədə səbəbilə sıradan çıxıb. Futbolçunun yaşıl meydanlara qayıdacağı barədə dəqiqə məlumat olmasa da, onun bazar günü keçiriləcək Xuan Qamper kuboku oyununda heyətdə olmayacağı dəqiqdir. Polşalı hücumçu hətta La Liqanın birinci turu çərçivəsində meydana çıxacağı da sual altındadır.
Paylaş :