FUTBOL
"Piza" veteran futbolçu ilə müqavilə bağlayıb
İspaniya millisinin və Madrid "Real"ının 39 yaşlı sabiq futbolçusu Raul Albiol özünə yeni klub tapıb. Olimpnews.az xəbər verir ki, İtaliya A Seriyasının debütantı "Piza" klubuna azad agent kimi keçib. Müqavilənin müddəti isə hələ açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsüm Albiol “Vilyarreal”da çıxış edib. O, karyerasının son altı ilini "sarı sualtı qayıqlar"da keçirib.
Paylaş :