FUTBOL
"Ançelotti ilə daha sərbəst idik"
Madrid "Real"ının müdafiəçisi Daniel Karvahal Xabi Alonso ilə Karlo Ançelotti arasında fərqlərdən danışıb. "Hər bir məşqçinin öz metodikası var. Ançelotti ilə daha sərbəst idik. Məşqlərə gecikəndə əsəbləşirdi, amma tez sakitləşirdi. Xabi isə daha sərtdir. Nizam-intizam onun üçün birinci yerdədir", - deyə kapitan bildirib. Qeyd edək ki, La Liqanın üç turundan sonra "Real" 9 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Paylaş :