FUTBOL
Arılar futbol matçına mane olublar
Tanzaniyada futbol matçı fövqəladə vəziyyətə görə bir müddət yarımçıq dayandırılmalı olub.
Olimpnews.az TalkSport-a istinadən xəbər verir ki, "City FC Abuja" - "JKU FC" matçında 77-ci dəqiqədə hesab 1:1 olarkən qəfildən arıların hücmuna görə hər iki komandanın futbolçuları hakimin göstərişi ilə yerə yıxılıb. Əvəzedicilər hətta skamyanın altında gizləniblər.
Tezliklə arılar meydanı tərk edib, tərəflər 1 xalla kifayətləniblər.
Paylaş :