FUTBOL
Niderlanddan minimal hesablı qələbə
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Olimpnews.az xəbər ki, G qrupunda yer alan Niderland yığması səfərdə Litvanın qonağı olub.
Oyun Niderland millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:3.
"Zanbaqlar ölkəsi"nin heyətində Memfis Depay (11, 67) və Quinten Timber (33) fərqlənib. Litva komandasının heyətində isə 36-cı dəqiqədə Qvidas Gineitis (36) və 43-cü dəqiqədə Edvinas Girdvainis vurub.
Paylaş :