FUTBOL
Futbol Assosiasiyası on il əvvələ qayıdıb
İngiltərə Futbol Assosiasiyası (FA) Londonun "Çelsi" klubunu rusiyalı iş adamı Roman Abramoviçin kluba sahib olduğu dövrdə 74 dəfə tənzimləmə normalarını pozmaqda ittiham edib.
Olimpnews.az xəbər verir ki, "Zadəganlar"ın mətbuat xidməti açıqlamasında bildirilir ki, məsələ ilə bağlı yeni araşdırmalar başlaya bilər.
"Biz on ildən çox əvvəl baş vermiş hadisələrlə bağlı bu mürəkkəb məsələdə əməkdaşlığa görə assosiasiyaya minnətdarlığımızı bildiririk", - deyə "Çelsi" rəsmiləri şərh veriblər.
Məlumat bildirək ki, ittihamlar Abramoviçə 2022-ci ilin martında sanksiya qoyulduqdan sonra başlayan daha geniş istintaqın bir hissəsidir.
Paylaş :