FUTBOL
"Real"ciddi itki ilə üzləşdi
İspaniyanın Madrid "Real"ı ciddi itki ilə üzləşib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı müdafiəçinin sol budunun yuxarı hissəsində uzanma və şişlik olduğu təsbit edilib. 32 yaşlı futbolçu ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Futbolçu bu müddət ərzində "Real Sosiedad", "Olimpik Marsel", "Espanyol", "Levante", "Atletico Madrid", "Kayrat", "Vilyareal", "Xetafe", "Yuventus", "Barselona", "Valensia", Liverpul", "Rayo Valyekano", "Elçe", "Olimpiakos", "Jirona", "Selta" və "Mançester Siti" komandaları ilə oyunları buraxacaq.
Paylaş :