DİGƏR NÖVLƏR
III MDB Oyunları: Bu gün Qəbələdə ilk mükafatçılar müəyyənləşəcək
Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarının ikinci yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Oyunların ikinci günündə Azərbaycan idmançıları stolüstü tennis və futbol yarışlarında mübarizə aparacaqlar. Hər iki yarış Qəbələdə baş tutacaq. Əvvəlcə stolüstü tennis üzrə oğlanlar və qızlardan ibarət komandalarımız final görüşlərinə çıxacaq. Hər iki komandamız qızıl medal uğrunda qarşılaşmada Rusiya milliləri ilə qarşılaşacaq. Final görüşləri saat 10:00-da başlayacaq.
Bu gün həmçinin stolüstü tennisçilər arasında fərdi yarışlarda 1/4 final və yarımfinal görüşləri də keçiriləcək.
Sentyabrın 27-də həmçinin 16 yaşadək futbolçular arasında qrup mərhələsinin oyunlarına da start veriləcək. A qrupunda yer alan millimiz Tacikistanla qarşılaşacaq. Oyunun start fiti saat 12:00-da səslənəcək. Saat 14:00-da isə B qrupunun iştirakçıları olan Belarus və Rusiya komandaları üz-üzə gələcək.
Qeyd edək ki, III MDB Ohunlarının açılış mərasimi sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək.
Paylaş :