FUTBOL
Las-Veqasda kim, nə qədər qazandı?
UFC (Ultimate Fighting Championship) dünən ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC Fight Night 263 yarışındakı bonus mükafatları açıqlayıb. Olimpnews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Las-Veqasda qazandıqları qələbələrinə görə Donte Conson, Allan Nasimento, Ualdo Kortes-Akosta və Stiv Qarsia hərəyə 50 min dollar bonus alıblar.
Qeyd edək ki, Conson Sedric Duması, Nasimento isə Kodi Durdeni ikinci raundda məğlub edib. Kortec-Acosta ilk raundda xorvatiyalı Ante Delicanı nokaut edib. Qarcia isə David Onamaya texniki nokautla qalib gəlib.
Paylaş :