FUTBOL
"Real" yenidən Niko Pazı geri qaytarmaq istəyir
İspaniyanın Madrid "Real"ının rəhbərliyi gələn ilin yayında Niko Pazı yenidən kluba qaytarmaq istəyir.
Olimpnews.az xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu hazırda İtaliyanın "Komo" klubunda çıxış edir. Gənc futbolçunun müqaviləsində geri satınalma maddəsi yanvar ayı üçün qüvvədə deyil. Bu səbəbdən də İtaliya təmsilçisi Niko Pazı yay transfer pəncərəsinə qədər komandada saxlamaq istəyir. Madrid klubunun planı isə transferi 2026-cı ilin iyununda yekunlaşdırmaqdır. Niko Paz özü də "Kral klubu"nun heyətində çıxış etmək niyyətindədir.
Paylaş :