FUTBOL
“Luis Enrike haqqında danışmaq üçün mənə saatlarla vaxt lazımdır"
Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç vaxtilə "Barselona"da çıxış etdiyi vaxtlarda və klubun keçmiş baş məşqçisi Luis Enrikedən danışıb.
“Luis Enrike haqqında danışmaq üçün mənə saatlarla vaxt lazımdır. Hətta bütün günü bu barədə danışa bilərəm. Onunla 3 il işləməkdən böyük zövq almışam. O, çox xüsusi bir insan və məşqçidir. Son dərəcə dəqiq və diqqətcildir. Məhz buna görə bu qədər nəticə qazanır.
PSJ ilə belə nəticələr əldə etməsinə heç təəccüblənmirəm. Məncə, hələ bundan da yaxşısını göstərəcək. Çünki onun futbola qarşı müsbət "dəliliyi" var və oyunçular həmişə onu izləyir, ona qulaq asır. Bu həmişə belə olub.”
Paylaş :