FUTBOL
Dördqat dünya çempionları ardıcıl üçüncü dəfə mudialdan kənarda qaldılar
Futbol üzrə İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb.
Olimpnews.az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsində Bosniya və Herseqovina millisi ilə qarşılaşan appeninlilər penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olaraq DÇ-2026-ya yollana bilməyib.
Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Paylaş :