ANA SƏHİFƏ












Paylaş :
13:55 22-06-2017
38547
Taleyə boyun əyməyənlər

İnsan həyatda olduğu kimi, idmanda da qəzavü-qədərdən, bədbəxt hadisələrdən sığorta olunmayıb. Tanınmış idmançılar var ki, başlarına gələn bədbəxt hadisələrə, ağır xəstəliklərə baxmayaraq ayaqda durmağı bacarıblar və hətta yenidən uğur qazanmağa müvəffəq olublar.
"Olimpnews.az” saytı sizə taleyə boyun əyməyərək yenidən həyata qayıdan 10 belə məşhur idmançı haqqında danışacaq.

Mihael Şumaher (Formula-1)
Formula-1 yarışlarının 7 qat dünya çempionu Mihael Şumaher Fransanın Alp dağlarında xizək sürərkən bədbəxt hadisə nəticəsində yıxılaraq ağır kəllə-beyin zədəsi alıb. 45 yaşlı alman pilotu 5 ay ərzində ölümlə həyat arasında çarpışıb. Onu sevənlər və ailəsi Mihael Şumaherun həyata qayıdacağına inanırdılar. Belə də oldu. Məşhur idmançı komadan ayılıraq yaşam işartılarını göstərdi. Bədbəxt hadisələrlə, ağır xəstəliklə mübarizədə insanın xarakterindən, iradəsindən çox şey asılıdır.

Məhəmməd Əli (boks)
1980-ci ilin əvvəlllərində peşəkar boksun parlaq əfsanəsi Məhəmməd Əliyə Parkinson xəstəliyi diaqnozu qoyuldu. Bu insan ağır xəstəliyə baxmayaraq ayaqda durmağı bacardı. Taleyinə meydan oxuyan boks əfsanəsi ölən günə qədər fəal həyat tərzi keçirməyə davam etdi. Məhəmməd Əli ağır çəkidə 3 dəfə dünya çempionu tutuluna layiq görülən yeganə idmançı idi. Onun həyatı, karyerası bu gün gənclər üçün nümunədir.

Lens Armstronq (velosiped)
"Tur de Frans” turnirinin 7 qat dünya çempionu Lens Armstronq da belə idmançılardandır. O, karyerasının əvvəlində yumurtalıqların xərçəngi xəstəliyinə düçar olub. İdman vasitəsilə bu sağalmaz xəstəliyə qalib gələn Lens Armstronq böyük idmanda inanılmaz qələbələr əldə edib. Hətta dünyanın ən güclü velosipedçisi tituluna layiq görülüb. Təəssüf ki, 2012-ci ildə dopinqdən istifadə etdiyinə görə bir çox mükafatları əlindən alınıb.

Martina Nevratilova (tennis)
Dünyanın ən məşhur tennisçilərindən biri olan Martina Nevratilova 2010-cu ildə karyerasını başa vurduqdan sonra döş xərçəngindən əziyyət çəkdiyini bəyan etdi. Şüa müalicəsindən sonra özünə gələn idmançı tennisçi veteranlar arasında turnirlərdə çıxış etməyə başladı.

Pele (futbol)
Futbol canlı əfsanəsi olan Pele yeniyetməlik dövründə diabet xəstəliyinə düçar olub. Pəhriz və insulin braziliyalıya nəhəng futbol karyerası əldə etməkdə mane olmayıb. O, 77 yaşında da özünü çox gözəl hiss edir.

Tura Berger (biatlon)
2009-cu ildə məşhur idmançı Tura Burger dəri xərçəngi xəstəliyinə tutulur. Əməliyyatdan sonra həyata qayıdan idmançı yenidən məşhur idmançıların top siyahısında yer almağı bacarıb. Belə ki, Tura Burger ikiqat Olimpiya çempionu adına layiq görülüb.

Nvankvo Kanu (futbol)
Məşhur futbolçu Nvankvo Kanu da ağır əməliyyatdan sonra idmanda öz sözünü deməyi bacaranlardandır. Ürəyindən ciddi əməlliyat keçirən futbolçu 12 il Avropa liqaslnda oynamağa davam edib. Kanu hazırda xeyriyyə fondunun hesabına ürək problemi olan uşaqlara yardım edir.

Mecik Conson (basketbol)
Karyerasının qızğın vaxtında Beynəlxalq Basketbol Assosasiyasının (NBA) ən yaxşı oyunçularından biri olan Mecik Consonda r immun çatışmazlığı diaqnoz qoyuldu. Lakin basketbolçu komandada oynamağa davam etdi və ABŞ yığmasının tərkibində Olimpiya çempionu adına layiq görüldü. Hazırda amerikalı basketbolçu idman şərhiçisi kimi fəaliyyət göstərir və həm də biznesmendir.

Yelena Berejnaya (fiqurlu komkisürmə)
Yelena Berejnaya 19 yaşında məşq zamanı gicgahından zədə aldı. İki dəfə ağır əməliyyat keçirən gələcək Olimpiya çempionu körpə uşaq kimi yenidən yeriməyi öyrəndi. Yenidən böyük idmana qayıdan Yelena Berejnaya mümkün olan bütün mükafatları qazandı.

Hermann Mayer (dağ xizəyi)
Olimpiya çempionu Hermann Mayer motosikllə hərəkət edərkən ağır qəzaya düşdü. Qəza zamanı avstriyalı idmançı az qala ayağını itirəcəkdi. Həkimlər onun parçalanmış ayağını hissə-hissə bir yerə yığdılar. İnsan iradəsi hər şeyə qadirdir, deyirlər. Hermann da diz qapağında titan qapaqla yenidən dağ xizəyi idmanında qələbələr qazandı. O, xrustal qlobus mükafatına layiq görülüb.

Saku Koyvu (hokkey)
27 yaşı Saku Koyvuda mədə xərçəngi aşkar edildi. Fin idmançısı 8 kurs kimya terapiya müalicəsi müsbət nəticə verdi və sağalan Koyvu yenidən Milli Hokkey Liqasının meydançalarında bir-birinin ardınca naillətlər əldə etdi. 40 yaşı olan idmançı peşəkar karyerasını hələ də davam etdirir.
P.S. Tanrı bizi yenidən həyata tutunmaq üçün sınaqlardan keçirir. Həyatın sınaqlarından keçmək hər birimizin alnlna yazılıb...
Səadət Hakıyeva