ANA SƏHİFƏ






Paylaş :
15:38 11-05-2018
32438
ADBTİA-nın kitabxanasının dünəni və bu günü

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Heydər Əliyev
Ulu öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, kitabxanalara da xüsusi diqqət və qayğı göstərirdi. Dahi şəxsiyyət kitabxana ilə bağl demişdir: "Kitabxana, xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.”
Prezident İlham Əliyev 2007-ci il aprelin 21-də "Azərbaycanda kitabxanaların fəaliyyətini yaxşılaşdırmasına, maddi-texniki bazasının möhkəmləndirməsinə, müasir informasiya texnalogiyaları ilə təczhizatına dair sərəncam imzalamışdır. Bu bir daha kitabxanaların dövlət qayğısı ilə əhatə olunduğunu gostərir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kitabxanası respublikanın bədən tərbiyəsi və idman sahəsində zəngin ali məktəb kitabxanalarından biridır. ADBTİA-sı Zaqafqaziyada ali bədən tərbiyəsi kadrları hazırlayan ilk tədris ocağı olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi yenidən qurulduqdan sonra onun həyatında yeni dövr başlanır və o vaxtdan ADBTİA-nın nəzdində kitabxana fəaliyyətə başlayır. İnstitut yarandığı ilk dövrdə ana dilində dərsliklər çatışmırdı. Kitabxanada 1930-cu ildən başlayaraq idman qəzet və jurnalları saxlanılır. Akademiyanın müəllimləri 1953-cü ildən dərsliklər yazmağa başlamışlar. Kitabxananın ümumi sahəsi 384,86 m2-dir (2015).
1946-cı ildə kitabxananın fondunda - 13.053; 1950-1972-ci illərdə - 44.359; 1974-1980-cı illərdə - 52.673; 1980-1987-ci illərdə - 45.653 idi. 1987-1990-cı illdə isə – 4036 kitab olub. 2014-cü ildə 3677 oxucusu olan kitabxanada 3 fond, 4 şöbə və 2 bölmə fəaliyyət göstərib.
2015-ci ilə kimi kitabxanada 204.093 nüsxə kitab olmuşdur (Azərbaycan, rus, ingilis və b. dillərdə).
ADBTİA-nın kitabxanası yerli kitab mağazaları və əsasən kitabxana kollektorunun fondu hesabına zənginləşir. 2014-cü il statistikasına əsasən, kitabxanadan 2920 tələbə, 220 professor-müəllim heyəti, 350 digər əməkdaş istifadə edir. 1954-1955-ci tədris ilində kitabxanada kitabların sayı 28885 idisə, 2005-2006-cı tədris ilində 200 000 olmuşdur.
Abonementdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Qiraət zalında 70 yer oxuculara xidmət edir, zalın öz yardımçı fondu da var. Bu fond əsas məlumat xarakterli ədəbiyyatdan, dərsliklərdən, əlyazmalardan, qəzet və jurnallardan və s. ibarətdir .Tədris ilinin əvvəlində I kurs tələbələri qısa müddətdə əvvəlcədən hazırlanmış dərsliklərlə təmin olunur.
Onlar I kurs tələbələrini dərsliklə təmin edir. I kurs tələbələri üçün kitab sərgiləri təşkil edilir. Bu sərgilərdə əlavə proqram, metdiki göstərişlər və s. köməkçi ədəbiyyatdan təşkil edilir.
Xidmətdə qiyabi şöbə tələbələrinə xüsusi diqqət yetirilir. Onlar üçün tövsiyə xarakterli sərgilər, idman sahəsində çıxan yeni ədəbiyyatdan sərgilər təşkil edilir. Kurs semestri üçün kitab, jurnal və referatlar seçilir, təhsildə onlara kömək edir.
Fondun tədbiq edilməsi üçün kitabxanada açıq rəf üsulundan istifadə olunur. Fondun mühafizəsi məqsədilə kitabxanada cırılmış dərsliklər akademiyanın mətbəəsinin köməyilə cilidlənmiş və fonda qaytarılmışdır. Borclu oxucularla mübarizə işi davam etdirilimişdir. Kitabxanaya borcu olan müəllimlərin siyahısı təşkil edilib kafedra müdirinə verilmişdir.
Dərsliklərə abonementdə yer verilmişdir. Rus dilində bədii ədəbiyyat üçün ayrıca otaq ayrılmışdır. Bunun nəticəsində xeyli boşalmış və yerdə olan kitablar rəflərə düzülmüşdür. Ayda bir dəfə keçirilən sanitar günlərində kitab fondralı tozdan təmizlənir, cfrflmfş və yararsız hala düşmüş kitablar bərpa olmaq üçün fonddan çıxarılır.
Kitabxananın zəngin qəzet və jurnal fondu fəaliyyət göstərirdi. Kitabxana arası abonoment vasitəsilə oxucularımız üçün 85 kitb alınmışdır.

Kitabxananın qiraət zalında «20 yanvar», «Xocalı faciəsi», «8 mart», « Novruz bayramı», «Bilik günü», «Müəllim günü», «Dövlət müstəqilliyi günü» və «Dünya çempionları» mövzusunda sərgilər təşkil edilir. Kitabxanada, «Yeni kitablar», «Silaha sarıl ey vətən oğlu», «Müstəqil Azərbaycan», «Vətənin igid oğlanları», «Tarixə düşmüş müstəsna insan» kimi daimi sərgilər fəaliyyət föstərir. Sessiya müddətində köməkçi ədəbiyyatlardan və dərsliklərdən ibarət sərgilər təşkil olunur.
Kitabxanada ixtisaslaşmış yeni oxu zalı (dövri mətbuat) açılmış, otaqların çoxu təmir olunmuş, kitabxana yeni rəflərlə və avadanlıqlarla təmin olunmuşdur (2014).
Akademiyanın yeni rektoru Fuad Hacı oğlu Hacıyevin fəaliyyəti nəticəsində (23.XII.2015) qıssa müddətdə akademiyanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə dəyişilmiş, tədris yüksək səviyyədə təşkil olunmuş, tələbələrin dərsə dəvamiyyəti artmış, ən başlıcası isə rektorun Daxili İntizam Qaydalarının təsdiq edilməsi haqqında 11 fevral 2016-cı il tarixli S-08 əmrinə əsasən təlim-tərbiyə prosesinin səviyyəsi yüksəlmişdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında qoyulan böyük vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hal-hazırda Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər aparılır. 2016/2017-ci tədris ilində yeni tədris laboratoriyaları, elektron kitabxana, tədris proqramlarının təkmilləşdirilməsi, yerli və xarici əmək bazarında rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması məqsədi ilə tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, həmçinin İKT-nin geniş tətbiq olunması, yerli və beynəlxalq donor təşkilatların axtarılması, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, idman təhsili sahəsində yeni ixtisaslaşmaların və onlara müvafiq kafedraların yaradılması istiqamətində bir sıra işlər görülmüşdür.
Təhsil prosesinin keyfiyyətinin artırılması, eləcə də rəqəmsal resursların istifadəsinin genişləndirilməsi çərçivəsində tam funksional elektron kitabxana yaradılmışdır. Yaradılan elektron və rəqəmsal tədris materialları və metodiki resursların təhlükəsiz istifadəsi, həmçinin Akademiyanın idarə olunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınmışdır.
"Azərbaycan Respublikasının Təhsil haqqında qanunu, "Kitabxana işi haqqında” qanunu, "Azərbaycan Respublikası dövlət və hökumət sənədlərini, Təhsil nazirliyinin əmr, sərəncam və normativ sənədləri, həmçinin, AR-da kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramını əldə əsas tutaraq, kitabxananın müasir reytinqli kitabxanalar sırasında fəaliyyət göstərməsi istiqamətində işlər aparılır.
XXI əsrin informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur.
"Kitabxananın kompüterləşdirilməsi" haqqinda 1999-cu ildə Təhsil Nazirliyi qərar imzalamışdır. Bunu nəzərə alaraq, 2015-ci ildən, ilk dəfə olaraq, ADBTİA-nın kitabxanasında elektron kataloqun (EK) yaradılmasına başlanmışdır. Akademiyanın kitabxanasının bazası əsasında yaradılan bu laboratoriyanın məqsədi akademiyanın kitabxana-informasiya fəaliyyətində bütün kitabxana proseslərinin mərhələlərlə kompüterləşdirilməsi üçün yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı nəzəri və təşkilati məsələlərlə, problemlərlə işləməkdir. İlkin mərhələdə kitabxanada qorunan elmi, tədris və digər ədəbiyyatlardan ibarət milli kitab fondunun elektron kataloqu, verilənlər bazası yaradılmışdır. Kitabxananın Azərbaycan dilində olan fondu tam elektron kataloqa daxil edilmişdir və bu proses hal-hazırda davam etdirilir.
Kitabxanada Azəbaycan, rus və xarici dillərdə olan dövri nəşrlər, dissertasiya və nadir kitablar da elektron kataloqa daxil edilmişdir. Bu prosses İRBİS proqramı əsasında həyata keçirilir. Elektron kataloq beynəlxalq kompyuter şəbəkəsi vasitəsi ilə oxuculara dünyanın istənilən nöqtəsində xidmət göstərməyə imkan verir.


Gənclər və İdman naziri Azad Rəhimov aparılan yenidənqurma işləri və islahatlardan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olarkən
Gənclər və İdman naziri Azad Rəhimov aparılan yenidənqurma işləri və islahatlardan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olarkən demişdir: "Sözün əsl mənasında qısa müddət ərzində akademiyada çox böyük işlər görülüb. Burada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin akademiyanın idarə olunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün "Online University” sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır.”
Beynəlxalq təcrübəni öyrənmək üçün akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya və Bolqarıstana səfər etmişlər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq.”
2016-cı il yanvar ayından akademiya kitabxanasının avtomatlaşdırılması istiqamətində işlərə başlanmışdır.
Kitabxanada aparılan təmir işləri ilə əlaqədar olaraq fond boşaldılmışdır. Otaqlar, fondlar yenidən təmir olunmuşdur. Kitabxana yeni müasir avadanlıqlarla təhciz olunmuşdur.
ADBTİA-nın kitabxanasının fəaliyyəti bütün şöbələrdə mütəşəkkil şəkildə bərpa edilmişdir.
Elektron kitabxana sisteminə keçməklə kitabxanada olan bütün işlər avtomatlaşır. Oxuculara xidmətin daha effektiv formada olması üçün kitabların elektron versiyalarının hazırlanması, ixtisasa uyğun olan elektron kitab, məqalə, audio və video materialların axtarışlarına başlanmışdır. Kitabxana idarə etmə sistemi olaraq ABŞ-nın FOLLETT Solution şirkəti tərəfindən hazırlanmış Follett Library Manager sistem proqramı alınmışdır.
Dünyanın 60000-dən çox kitabxanasında fəaliyyət göstərən bu proqram kitabxana daxili bütün əməliyyatları avtomatlaşdırır.
Proqram:
Özündə xidmət, qəbuletmə, kataloqlaşdırma, statistik məlumatları birləşdirən və kitabxana işini avtomatlaşdıran bir sistemdir.
Kitabların qəbulu, oxucuya xidmət, qaytarılma və gecikmə haqqında kitabxanaçıya və oxucuya məlumat verilir.
Dünya elektron kitabxana bazalarından istifadə və lazımi ədəbiyyatın öz bazamıza köçürülməsinə imkan verir
İstifadəçilər üçün bazalarda olan elekton kitab, pullu və ya pulsuz ədəbiyyatdan, audio və video dərsliklərdən istifadə imkanları verir.
İstənilən web brauzerdən və telefonlardan bir başa kitabxanadan istifadə etmək imkanı verir.
Xidmət, kataloqlaşdırma, inventarlaşdırma və statistik məlumatlardan istifadəni asanlaşdırır.
Hər yerdə vaxt məhdudiyyəti olmadan hər kəsin daxil ola biləcəyi elektron kataloqa giriş imkanı verir.
Özündə qəbuletmə, kataloqlaşdırma, dövriyyə xidmətlərini və dövri mətbuatın davamlılığını nəzarətdə saxlayan SİRİUS modulunu cəmləşdirir.
Uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərir.
Vaxt və məkan asılılığına son qoyur.
Ənənəvi kitabxanalardan fərqli olaraq 24/7 fəaliyyət göstərir.

Elektron kitabxanalarla ənənəvi kitabxanaların həm fərqli, həm də oxşar cəhətləri var.
Fərqlər:
• İnformasiya daşıyıcısına, tərkibinə;
• İnformasiya məhsulunun formalaşmasının texnoloji proseslərinə, mühafizə və təqdimetmə üsullarına;
• İstifadəçilərə xidmət məqsədinin xarakteri və həlli yoluna;
• Hüquqi və struktur asılılığına;
• İnformasiya məhsuluna mülkiyyət, surətini çıxarma və yayma hüququ;
İnformasiya resurslarından istifadə üsullarına və s. görə, bu siyahını davam etdirmək də olar.
Oxşar cəhətlərə gəldikdə isə demək olar ki, onlar bir – birini tamamlayır. Elektron kitabxanalar professional kitabxana-informasiya mütəxəssisi təcrübəsindən, eyni zamanda kitabxana sahəsində mövcud beynəlxalq standartların tələblərindən istifadə etməyə bilməz.
Bütün bunlara baxmayaraq hər iki - ənənəvi və elektron kitabxanaların hüquqi, təşkilati və texnoloji yaxınlıq xüsusiyyətlərinə baxmayaraq onlar cəmiyyətin müxtəlif informasiya strukturlarıdır.
Elektron kitabxanaların yaradılmasının bir neçə obyektiv səbəbi vardır:
1)istifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resurslarını bir başa istifadə edə bilər;
2)elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatı mühafizə edir;
3)çap əsərlərini istənilən yerdə oxumaq daha əlverişli və rahatdır;
4)elektron kitabxanaların "qapısı” heç vaxt bağlı olmur;
5)elektron kitabxanaların yaradılmasının obyektiv səbəblərindən biri də ənənəvi kitabxanaların saxlanmasına qənaət edilməsidir.
Hazırda elektron kitabxanaların yaradılması ənənəvi kitabxanaların saxlanması xərclərinə və inkişafına sərf olunan xərclərdən çoxdur.
Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyacı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir.
Z 39.50 protokolunu dəstəkləyən proqram bizə beynəlxalq kitabxanalara çıxış imkanları verir.
Bu protokol (Z39.50 Search and Retrieval Protocal (ISO23950) –axtarış və əldəetmə portokolu da adlanır.
Kitabxana proqramlarında istifadə olunan open communication protokoludur. Yəni proqram və təchizatın müstəqil olaraq inkişaf etdirilmiş axtarış və biblioqrafik informasiya mübadiləsini təmin edən bir şəbəkə protokoludur. Bu protokol NİSO tərəfindən işlənib hazırlanmışdır. NİSO (American National Information standartd Organization) Z39.50 kimi kitabaxanaçılıq, məlumat mərkəzləri, dövlət sektorunda istifadə edilən texniki standartları inkişaf etdirən bir təşkilatıdır.
Z 39.50 İki kompüter arasında 'peer to peer' olaraq adlandırılan üsulla əlaqə qurar. Burada vasitəçi / server əlaqəsi vardır. Z39.50 Client (Origin) olaraq adlandırılır. Yəni yoxlamanın başladılması, sorğu yaradılması və qarşı tərəfə göndərilməsi burada olur. Yəni sorğuya uyğun nəticələri çıxardır və vasitəçiyə ötürür.
Hal-hazırda akademiyanın kitabxanası müasir kitabxanaların tələblərinə cavab verən mədəni, ünsiyyət və informasiya-məlumat vermə, müxtəlif tədbirlərin və sərgilərin keçirilməsi mərkəzinə çevirilmişdir. Bu gün kitabxanaya yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron daşıyıcılar, audio və video materiallar, tam mətnli elektron resursların hazırlanması və işlənməsi üzərində işlər gedir.
Abonomentdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Müəllimlər üçün nəzərdə tutulmuş qiraət zalında 12 yer vardır. Bunlardan 4-ü kompyüterlə təchiz olunmuşdur. Tələbələr üçün nəzərdə tutulmuş qiraət zalında isə 48 yerin 8-i kompyüterlə təchiz olunmuşdur. Zalın öz yardımçı fondu var. Bu font əsas məlumat xarakterli ədəbiyyatdan ibarətdir. Bundan əlavə kiatbxana üçün əlavə olaraq 2 müzakirə otağı da oxucuların ixtiyarına verilmişdir.
Kitabxana 2015-ci il üçün 11 adda qəzet, 6 adda jurnala abunə olmuşdur. Kitabxana üçün müəlliflərdən və nəşriyyatlardan 3189 ədəbiyyat alınmışdır. Bunlardan 2600 ədədi dərslik, 589 ədədi isə elmi ədəbiyyatdır. Kitabxanada köhnə və öz əhəmiyyətini itirmiş ədəbiyyatın silinməsi işi davam etdirilir.
Kitabxana əməkdaşlrı üçün akademiyada kurslar təşkil olunub. Keçirilən görüşlərə əsasən əməkdaşların fəallığı özünü göstərir. Kursda elektron kitabxana və idarəetmə proqramı haqqında məlumatlar verilir. Kurslar 2017 ci il yanvar ayında başa çatmışdır.
Bundan əlavə kitabxanada kütləvi tədbirlərin keşirilməsi üçün də şərait yaradılmışdır.
Kitabxananın texniki şöbəsində təmirdən sonra fonddan boşaldılmış və il ərzində alınan kitablar operativ işlənib fondda rəflərə düzülmüşdür. Şöbəyə sentyabr ayında 380 nüsxə kitab (375 nüsxəsi Azərbaycan dilində, 5 nüsxəsi rus dilində) daxil olmuşdur. Kitablar işlənib fonda təhvil verilib. 7 akt kitabların silinməsinə görə hazırlanıb. 1906 nüsxə inventar kitabından çıxarılıb. Dekabr ayında oxucular tərəfindən itirilmiş kitablar inventar kitabına salınıb.
Fond il ərzində bir neçə dəfə yoxlanılır. Cırılıb köhnəlmiş, məzmunca öz əhəmiyyətini itirmiş ədəbiyyatın fonddan çıxarılması aktlaşdırılır və kitabxana direktoruna təhvil verilir. Kitabxananın kitab fondu tələb olunan dərslik və dərs vəsaitləri, metodik vəsaitlər, konfrans materialları, jurnallar, elektron resurslar və s. ilə təmin olunaraq zənginləşdirilir.
Kitabxanaya təmir dövründən sonra sentyabr ayından 3965 oxucu qeydiyyatdan keçib. Gün ərzində kitabxanadan 250-300 oxucu istifadə edir. Ay ərzində 1000 -ə yaxın kitab verilişi var. Kitabxananın təmirə qədərki dövrdə fondda 225870 nüsxə ədəbiyyat vardır. Bunun 11000-i elmi, 12968-i tədris, 58700-ü bədii, 104956-sı idman, 25635-i ictimai siyasi, 1121-i xarici, 1397-si mübadilə ədəbiyyatlarıdır. Kitabxananın profilinə uyğun olaraq fondda dərsliklər və dərs vasitələri xüsusi yer tutur.
Hazırda kitabxananın elmi, tədris və bədii ədəbiyyatdan ibarət 1 abonoment şöbəsi, 1 texniki şöbəsi, 58 oturacaq yeri olan 2 qiraət zalı fəaliyyət göstərir.

2015-ci tədris ilində tələbə və müəllim heyətinə oxucu olaraq 194880 nüsxə kitab verilmişdir. Kitabxanada kütləvi tədbirlərin keçirilməsi əvvəlcədən planlaşdırılır. Kitabxanada yubiley və tarixi günlərin qeyd olunması üçün bir sıra tədbirlər hazırlayıb həyata keçirilmişdir. Kitabxananın oxu zalında oxuculara geniş şəkildə dolğun məlumatlar verilir.
Son 2 ildə akademiyanın kitabxanasının qiraət zalları müasir standartlara uyğun əsaslı təmir edilmiş, yeni, rahat mebel avadanlıqları, kompüter texnologiyaları alınmışdır.
Akademiyanın kitabxanası müdiriyyətin məqsədyönlü rəhbərliyi, həmişə axtarışda olan alimlərinin, ali təhsilli mütəxəssislərinin böyük ruh yüksəkliyi ilə çalışması və akademiya rəhbərliyinin sonsuz qayğısı sayəsində 2 il ərzində zəngin ali məktəb kitabxanalırından birinə çevrilmişdir.
Akademiyanın kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzidir. Kitabxana fondunun zənginliyinə, biblioqrafiya və informasiya işinin nümunəvi təşkilinə, oxuculara yüksək xidmət mədəniyyətinə, yüksək ixtisaslı kadrlarına görə bədən tərbiyəsi və idman sahəsində ali və orta ixtisas məktəb kitabxanalarının metodik mərkəzidir.
Kitabxanada 9 işçi çalışır. Xəlilov Dönməz Abdulla oğlu kitabxananın direktor müavini-elektron kitabxananın direktoru, Umudova Pəri Hüseyn qızı isə kitabxananın müdiri vəzifəsində çalışırlar.
ADBTİA-nın müasir kitabxanası şəxsiyyətin formalaşması üçün mədəniyyət fenomenidir. O, yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini və yayımlanmasını təmin edir.
Dilqəm Quliyev,
professor