İrina Kindzerska: “Olimpiya Oyunlarının təxirə salınması xəbəri məni ağlatdı”
BOK
08.06.2020, 15:08
Artıq uzun müddətdir ki, koronavirus infeksiyası pandemiyaya çevrilib və milyonlarla insanı qorxu içərisində saxlayır. Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə koronovirusa qarşı mübarizə məqsədi ilə karantin rejimi elan olundu. Dövlətimiz tərəfindən tətbiq olunan sosial izolyasiya tədbirləri bir sıra sahələrə olduğu kimi, idman sahəsinə də təsirsiz ötüşmədi. Belə ki, idman zalları bağlandı, planetin ən nüfuzlu yarışları isə təxirə salındı. Bəs, görəsən idman yarışlarının təxirə salındığı və idman zallarının bağlandığı vaxtlarda legioner idmançılarımız karantin rejimini harada və necə keçirirlər, onlar bu rejimə necə əməl edirlər? Bu məqsədlə cüdo üzrə milli komandamızın əsas simalarından biri olan İrina Kindzerska ilə əlaqə saxladıq. Əslən Ukraynadan olan qadın cüdoçumuz karantin rejimini hazırda öz ölkəsində ailəsinin yanında keçirir. Dünya və Avropa çempionatlarının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olan ağır çəkili cüdoçumuz söhbət əsnasında karantin dövründə fiziki səviyyəsini necə saxlamasından, Olimpiya Oyunlarının təxirə salınmasından və başqa mövzulardan danışdı. İrina Kindzersakanın olimpnews.az saytına və “Olimpiya dunyasi.com” saytına verdiyi səmimi müsahibəni oxucularımıza təqdim edirik.
- İrina xanım, yaranan pandemiya vəziyyəti ilə bağlı nə düşünürsünüz?
- Təbii ki, bütün dünyada ölən və virusdan əziyyət çəkən insanları görmək çox acınacaqlıdır. İşdən yorulan insanlar karantinin ilk həftələrində istirahətə kökləndilər. Lakin pandemiya hər bir sahəyə ziyan vurdu və xeyli sayda insan işsiz qaldı. Ailəsinə, övladına qazanc gətirə bilməyən insanların gözlərində qorxu və acizlik var. Bəziləri isə ailəsinə çörək pulu gətirmək üçün virusa yoluxmağa belə razıdırlar və bu həqiqətən dəhşətlidir. İnsanlar gələcəkdə nəyin olacağını bilmədikləri üçün daha da təşvişə düşürlər. Virusa yoluxanların sayının nə zaman azalacağını və gələcəkdə bizi nəyin gözlədiyini təsəvvür edə bilmirəm. İnternetdə pandemiyanın ikinci dalğasının olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta bunun bir neçə il davam edəcəyi deyilir. Hesab edirəm ki, koronavirus pandemiyası bitdikdən sonra insanların əvvəlki həyat rejiminə qayıtması çox çətin olacaq. Lakin ümid edirəm ki, yaxın gələcəkdə xəstəlik bitəcək və xoşagəlməz bir hal kimi yaddaşımızda qalacaq.
- Olimpiya Oyunlarına lisenziya qazanmağa çox yaxın idiniz. Lakin pandemiya bir anda hər şeyi alt-üst etdi. Olimpiadanın təxirə salınması qərarını necə qarşıladınız?
- Etiraf edim ki, Olimpiya Oyunlarının təxirə salınması xəbəri məni ağlatdı. Bu, mənə həqiqətən də çox pis təsir etdi. Beləki, idmançılar mütamadi olaraq məşq edib, idman dünyasının ən önəmli yarışına həyəcanla hazırlaşırdılar. Yarışların təxirə salınması xəbəri isə hazırlıq səviyyəmizi və fiziki formamızı daha bir il dəyişilməz saxlamalı olmağımız mənasına gəldi. Bu isə həqiqətən də çətindir.
- Bəs karantin dövründə hazırlıq səviyyənizin aşağı düşməməsi üçün nə edirsiniz?
-Yaşadığım Kiyev şəhərində artıq bir müddətdir ki, məşq zalları istifadəyə verilib. Yəni həm idmançıların həm də digər insanların rahat şəkildə zala yollanıb məşq etmək imkanı var. Lakin karantin rejiminin daha ciddi olduğu müddətdə məşqlərimin yüksək səviyyədə və effektli keçməsi üçün həyat yoldaşım və məşqçim böyük əmək sərf etdi. Bu müddətdə o, mənimlə birgə evimizin yanında yerləşən meydançada məşq edir, səhvlərimi aradan qaldırmağa kömək olurdu. Etiraf edim ki, məşq zamanı fikrimin dağılmaması üçün o, hətta hər hansısa bir fəndi yerinə yetirmək üçün vaxt təyin edirdi. Çünki məşqsiz evdə qalmaq, karantin bitdikdən sonra fiziki səviyyəni itirmək deməkdir. Sonra isə əvvəlki formaya qayıtmaq çox çətin olacaq. Peşəkar idmançılar üçün karantin rejimi çətin bir dövrdür və müddətdə fiziki səviyyəni qoruyub saxlamaq mütləqdir.
- Sizə ən böyük dəstək olan həyat yoldaşınız da idmançıdır?
- Bəli. Azərbaycanlı olan həyat yoldaşım Həmid Əliyev, idman karyerası dövründə həm cüdo, həm də sambo üzrə güləşirdi. O, bir çox beynəlxalq yarışların mükafatçısıdır. Hazırda isə həyat yoldaşım idman karyerasını bitirib və cüdo üzrə uşaqlardan ibarət qruplara məşqçilik edir.
- İrina xanım, maraqlıdır, karantin dövründə asudə vaxtınızı necə keçirməyə üstünlük verirsiniz?
- Vaxtımın əsas hissəsini yarışlarda və məşqlərdə keçirdiyim üçün karantin rejimini ailəmlə vaxt keçirmək üçün bir fürsət kimi qiymətləndirirəm. Əsasən həyat yoldaşımla bəslədiyimiz itimizi gəzintiyə aparırıq. Təmiz havada gəzməyi çox sevirəm. Həyata keçirməyə vaxt tapa bilmədiyim ev işləri ilə məşğul oluram. Həmçinin ailəmi sevindirmək üçün yeni kəşf etdiyim təamları hazırlayıram və kitab oxuyuram.
- Qeyd etdiniz ki, ailəniz üçün dadlı təamlar hazırlamağı sevirsiniz. Bəs karantin sizin qida rasionunuza necə təsir edib?
- Demək olar ki, o qədər də təsir etməyib. Hər zamanki qidalardan istifadə edirəm. Lakin hərdən rasiona daxil olmayan dadlı təamlardan da yan keçmirəm (gülür).
- Bəzi idmançılar sosial şəbəkələrdə azarkeşləri ilə məşq prosesini bölüşürlər...
- Bilirsiniz, mən sosial şəbəkələrdən çox az istifadə edirəm. Təbii ki, orada azarkeşlərimlə həyatımın nümayiş etməyə ehtiyac duyduğum anlarını paylaşıram. Lakin məşq zamanı fikrin başqa yerdə olursa, bu artıq bütün prosesin pozulmasına gətirib çıxardır. Bundan əlavə həyat yoldaşım və ya məşqçim məşq zamanı telefonu tez-tez götürməyimə icazə vermir. Düşünürəm ki, idmançı üçün bir amil önəmli olmalıdır. O, ya fikrini cəmləyib həqiqətən bütün gücü ilə məşq edir və ya sosial şəbəkələrdə səhifəsini reklam edir və izləyiçi toplayır.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri